KepezTV Player
Sabirabad rayonunun Kürkədi kəndində mağazalardan birində qanlı hadisə baş verib. Rayonun Yolçubəyli kənd sakini, 38 yaşlı Fuad Məmmədov qohumu tərəfindən başından baltalanıb. Ağır kəllə-beyin travması və çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının xeyli qan itirdiyi bildirilir.Hadisəni törədən şəxs kənd sakini, 44 yaşlı Seyidəli Mövsümov polis tərəfindən saxlanılıb. Məlumata göə, xəsarət alan şəxs yanacaqdoldurma məntəqəsinin sahibidir. Onu vuran isə yeznəsinin qardaşıdır. Şahidlərin bildirdiyinə görə, F.Məmmədov vurulan zaman qucağında uşaq olub. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 1214