• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 15.07.2020 20:29

Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb

KepezTV Player

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan 33 yaşlı gizir Yaşar Babayev ötən gün doğulduğu Ağstafa rayonu Köçəsgər kəndində torpağa tapşırılıb. Şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.