• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 15.07.2020 20:26

Şəhid Anar Novruzov doğulduğu torpaqda dəfn edildi

KepezTV Player

Milli ordumuzun şəhid olan zabiti Anar Novruzov isə dünən Masallıda dəfn edilib. O, doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər baş verib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin zabiti mayor Anar Novruzov qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib.

Sücəddin Novruzov şəhidin qardaşı: Onun çoxdankı arzusu idi ki, cəbhədə, ön xətdə şəhid olsun. O, bu gün arzusuna qovuşdu. Evə gəlmirdi, deyirdi ki,  torpaqları almayana qədər mən evdə rahat qala bilmərəm. Başımız sağolsun, vətənimiz sağolsun. Mən bu gün görürəm ki, o tək mənim qardaşım yox, bütün kəndimizin, obamızın qardaşıdır.

Dəfn mərasimində rayon icra hakimiyyəti aparatının əməkdaşları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri iştirak edib. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı oğluna təhvil verilib.Şəhid zabitimiz Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Anar Novruzov ölkəmizin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi hərbi fəaliyyətdə olub. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və 2 övladı yadigar qaldı. Allah rəhmət eləsin!