• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 15.07.2020 20:11

Hikmət Hacıyevin Zöhrab Mnatsakanyanla debatı olub

KepezTV Player

"Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında debat olub. Mnatsakanyan Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. O, erməni nazirin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulayıb. Hacıyev "Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?" sualı ilə Z.Mnatsakanyana müraciət edib. Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib.O, sərhəddə baş verən təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi: Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır; - Bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur; Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir; Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVİD-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.