• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2254
— 15.07.2020 20:06

Qazaxda mülki əhalini atəşə tutması faktı ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

Ermənilərin Qazaxda mülki əhalini atəşə tutması faktı ilə bağlı cinayət işi başlanılıb. Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə,Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər. Belə ki, iyulun 14-də Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara  xeyli miqdarda ziyan vurulub. Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa Baş Prokurorluqda Tovuzun Ağdam kənd sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlunun ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.