• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1334
— 15.07.2020 12:39

Niyazi Bayramov vətəndaşlarla onlayn görüş keçirib

KepezTV Player

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla onlayn görüş keçirib. Görüşdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. İcra başçısı Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tovuz istiqamətində törədilmiş təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabit və əsgərlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Onlayn görüşdə vətəndaşlar öz müraciətlərini səsləndirib, problemlərini dilə gətiriblər. Fərdi yaşayış evinin təmiri, işlə təminat, torpaq sahəsinin ayrılması məsələləri müraciətlərin əsasını təşkil edib. Problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada həlli istiqamətində müvafiq tapşırıqlar verilib.