• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 15.07.2020 11:45

Xalq orduya güvənir, ordu da xalqa arxalanır

KepezTV Player

Müdafiə nazirliyinin məlumatına görə, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Nazirlik media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini cəbhədəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan, əsassız məlumatlar yaymamağa, yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb. Təəssüf ki, Orduya dəstək məqsədilə keçirilən aksiyanı başqa istiqamətə yönəltməyə çalışanlar da oldu. Daha ətraflı qarşıdakı süjetdə...

Ordu və cəmiyyət həmişə bir-birini tamamlayıb. Xalq orduya güvənir, ordu da xalqa arxalanır. Cəbhəyanı kəndlərdə sakinlərin canları bahasına  evlərini tərk etməməsi bu güvəni bir daha sübut edir.

Millət vəkili təxribat xarakterli məlumatları yayanları qətiyyətlə pisləyib. Bu kimi halların yol verilməz olduğunu vurğulayıb. Ötən gün axşam paytaxt Bakıda baş verən hadisələrin xüsusi ilə vətəndaşların Milli Məclisə daxil olmasını yol verilməz olduğunu diqqətə çatdırıb.

Hazırda Tovuz rayonunda vəziyyət stabildir. Düşmən mösvqeləri orudmuuzun nəzarəti altındadır.