KepezTV Player
Girdman çayının Kürdəmirin Balakəngərli kəndindən keçən hissəsində gənc qız boğulmaqdan son anda qurtulub. Kəndə qonaq gələn 18 yaşlı Fidan Dəmirova çayda batan azyaşlını sudan çıxarmağa çalışarkən özü boğulmaq təhlükəsi ilə üzləşib. O, ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər F.Dəmirovanın vəziyyətinin ağır olduğunu nəzərə alaraq onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
- Baxış: 1151