• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 15.07.2020 11:57

Düşmən hospital, mülki insanlar yerləşən tərəfə mərmi atıb

KepezTV Player

Ermənistan təcavüzkar və işğalçı siyasətini davam edir. Dünən düşmənin silahlı qüvvələri Tovuzda hospital və mülki insanlar yerləşən tərəfə mərmi atıb.Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanm bununla Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub.

Səbinə Əliyeva Ombudsman: Heç bir halda münaqişə tərəfləri hospitalların olduğu, mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır: “Biz buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.