• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 15.07.2020 11:53

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olundular

KepezTV Player

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və qəhrəmancasına şəhid olan general mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev son mənzilə yola salınıblar. Ötən gün vida mərasimində yaşanan izdiham bugün də müşahidə edilib. İzləyək.

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və həmin döyüşlərdə qəhrəmancasına şəhid olan General Mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə ötən gün axşam saatlarında ata ocaqlarında vida mərasimi keçirildi. Bu gün səhər isə hər iki şəhid 2-ci fəxri xiyabanda son mənzilə torpağa tapşırıldı.

Öndə müdafiə naziri, arxasında böyük bir kütlə. Yüzlərlə insan qəhrəman generalını, polkovnikini  son mənzilə kimi çiyinlərində apardı.

Vida mərasimində hər iki şəhidin yaxınları, döyüş yoldaşları və qazilər, eləcə də, Müdafiə Nazirliyinin rəhbər heyəti iştirak edirdi.