• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 14.07.2020 20:42

Mavi işığın həyatımıza təsiri

KepezTV Player

Dünyada cərəyan edən koronavirus pandemiyası nəticəsində insanları virusdan qorumaq adına bir çox müəssisələr fəaliyyətini dayandırdı. Sükuta qərq olan sinif otaqları, restoran və gözəllik salonları – insanların sıx toplaşdığı məkanların demək olar ki, hamısı bu katerqoriyaya aid edildi.  İzolyasiya qaydaları səbəbindən insanlarda internetə olan təlabat birə beş artdı. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də smartfon, kompüter, planşetlə saatlarla vaxt keçirən gənclərin, uşaqların sayı kifayət qədərdir. Bəs onları gözləyən təhlükə barədə məlumatlıyıqmı? Yaranan alüdəçiliyin qarşısını necə almaq olar?

Müasir dövrümüzün təlabatını ödəyən internet günümüzün reallığı, həyatımızın ayrılmaz bir hissəsidir. Texnologiyadan faydalanmaq yaxşı olsa da bu bir şüa, pxisologiyaya təsir  deməkdir. Belə ki, beynimizdə hipetalamus adlanan  bölgə var ki, gün ərzində ekrana baxdığımız zaman o bölgə zədələnir.

Zahid Tağıyev psixoloq: “Nəticədə biz özümüzü keyimiş, narahat, beynimizin tormuzlanmasını hiss edirik və demək olar ki, məntiqi qərarlar verməkdə çətinlik çəkirik. Qərarlarımızda tərəddüd edirik. Hərəkətlərimizi dpğru-düzgün ata bilmirik. Duyğularımıza belə təsir edir. Uşaqlara birmənalı olaraq texnoloji vasitələri qadağan etmək doğru sayılmır. Onlar həm çox aqressivləşə bilərlər, həm də ki, texnologiyadan, müasirlikdən geri qala bilərlər. Amma müəyyən bir saat çərçivəsinə sala bilərik. Hansı ki, 10 yaşına qədər məsləhət görülmür. 10 yaşdan sonra isə gündəlik 1 saat, 1 saat yarım ərzində kompüter və yaxud ekranla, smartfonlarla- telefonlarla məşğul olsalar bəs edər.”

Əslində smartfonların ağıllı şəkildə istifadə olunması gələcəyə yönəlik inkişafı təmin edir. Həm də artıq yeni bir sistemə keçirik. Onlayn dərslər pandemiya dövründən sonra da böyük ehtimal daha aktual bir məsələyə çevriləcək. Onlayn kurslar, onlayn treininglər və s həyatımızın bir parçası olacaq. Həm rahat daha praktik, həm də daha öyrədicidir. Sadəcə olaraq müəyyən bir yaşdakı uşaqlarda bəzən bu kimi smartfonlarla erkən tanışlıq məqsədini aşan səbəblər yarada bilər.

Şəhla Verdiyeva həkim: “əgər tibbi baxımdan yanaşsaq, smartfonlarla ümumiyyətlə texnikadan uzun müddət istifadə edən insanların bu günə yaratdığı ən önəmli problem obezlikdir. Hərəkətsizliyə bağlı yaranan artıq çəki bunun da özü ilə gətirəcəyi kardiovaskulyar xəstəliklər, diabet, yüksək təzyiq və s. mavi işıqdan ekrandan asılı olma bizdə aqressiya yuxu pozğunluğu depressiya obsesiv – kompulsiv pozğunluqlar kimi bir çox problemlrin yaranmasına səbəb ola bilər. Bu kimi uşaqlar günəş şüası kifayət qədər qəbul etməyib daha çox qapalı şəraitdə qalacaqları üçün inkişafına ciddi problem törədə bilər. D vitamin əksikliyi, boy geriləməsi və s kimi problemlər yarada bilər. ”

Mütəxəssislər də deyir ki, uşaqları bu yeni texnologiyalardan tam ayırmaq olmaz. Çünki, bu onları inkişafdan saxlamaq deməkdir. Amma bu məşğuliyyətin bir ölçüsü, norması olmalıdır. Əks alda biz, inkişaf yox, tam fərqli bir nəticə əldə edə bilərik.