• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 14.07.2020 19:50

Dünya ölkələrindən Azərbaycana dəstək

KepezTV Player

Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əladar bəyanat yayıb.

“Moldova Respublikası münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”, - deyə bildirilib. Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edilib ki, Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

Pakistan da Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir.Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

“Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməli, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri yerinə yetirilməli, danışıqlar hər zaman hərbi əməliyyatlardan üstün tutulmalıdır”.İtaliyanın dövlət katibi Canluka Kastaldi də ölkəsinin mövqeyini bildirib.