• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 14.07.2020 19:43

Ev və əkin sahələri atəşə tutulub

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar. Hədəf isə növbəti dəfə yaşayış evləri olub. Kəndə mərmilərin düşməsi nəticəsində 72 yaşlı Telarə Əliyevaya məxsus fərdi yaşayış evinə, 39 yaşlı Samirə Əliyevaya, 47 yaşlı Aydın Hüseynova və 34 yaşlı Zeynal Rüstəmova məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib. Düşmənin bu acizliyi kənd sakinlərini qətiyyən qorxutmur. Onlar doğma torpaqlarına, evlərinə daha da bağlanırlar.