• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1505
— 14.07.2020 19:39

Şəhid əsgər dəfn edilib

KepezTV Player

Sakinlər şəhid mayorun cənazəsini alqışlarla qarşıladılar.

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə ilə vida mərasimi keçirilib. Mərasim şəhidin doğulduğu Ağstafa rayonun Həsənsu kəndində baş tutub. Şəhidi son mənzilə yola salmağa rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri gəlib. Elçin Mustafayevin qohumları onun nişanlı olduğunu və toya hazırlaşdıqlarını bildirib.

Düşmən təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi isə doğulduğu Qazax rayonuna gətirilib. Şəhidlə vida mərasimi onun doğulub boya başa çatdığı rayonun Yuxarı Salahlı kəndindəki evində baş tutub. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb. yüzlərlə ictimaiyyət nümayəndəsinin qatıldığı mərasimdən sonra şəhid mayor kənd qəbristanlığında torpağa tapşırılıb.