• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2215
— 14.07.2020 19:25

Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

KepezTV Player

Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olmasını faşizmin və barbarlığın əyani təzahürü kimi dəyərləndirib. Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində mülki şəxs, Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun həlak olması Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi kimi dəyərləndirilib. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva hadisə baş verən kənddə olaraq ahıl şəxsin qətlə yetirildiyi evdə olub. Ermənistan tərəfindən azərbaycanlı mülki əhalinin ağır silahlardan istifadə edilməklə məqsədyönlü şəkildə hədəfə alınmasını insanlığa sığmayan vəhşət kimi dəyərləndirib. Azərbaycanlı mülki şəxsin öldürülməsini qanlı cinayət adlandırıb.Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hal-hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.