• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2097
— 11.07.2020 20:19

Fermerlər sahələrə getmək üçün icazəni haradan almalıdırlar?

KepezTV Player

Ölkədə sərt karantin rejimi tətbiq olunan aqrar rayonlar sırasında qərb bölgəsində yerləşən Samux, Goranboy və Göygölün də adı var. Bu isə öz növbəsində adıçəkilən rayonlarda çalışan, eləcə də ətraf şəhər və rayonlardan oraya işləmək üçün gələnlərin hərəkətində çətinliklərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin gediş-gəlişində problemlər yaranmasın deyə, eləcə də davam edən taxıl biçini və meyvə yığımının vaxtında və itkisiz başa çatdırılması məqsədilə yaşayış yerlərini tərk etməli olan insanların hara müraciət etmələri və hansı sənədləri əldə etmələrinə Kənd Təsərrüfatı Nazirliydən aydınlıq gətirib.

Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri:Karantin rejimində fermerlərin hərəkətinin təşkili elektron hökümət portalı üzərindən icazə.gov.az portalından həyata keçiriləcək. Yəni kənd təsərrüfatı ilə məşğul olacaq fermerlər yerli icra hakimiyyətlərinə müraciət edəcək və müvafiq orqanlar fermerlərin adını icazə portalına daxil edəcək. Bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün sahələrə çıxa biləcəklər. Bir də fermerlərin rayonlararası hərəkəti var. Rayonlararası hərəkətin təşkilini Dövlət Aqrar İnkişaf Mərkəzləri təmin edəcəklər.