• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 11.07.2020 12:09

Samuxda maskalı şəxslər qadına qarşı soyğunçuluq edib

KepezTV Player

Samuxda 4 nəfər maskalı şəxs evə basqın edib. Ev sahibinə qarşı zor tətbiq edərək soyğunçuluq cinayəti törədənlər polisdən yaxa qurtara bilməyib. Saxlanılanların kimliyi qarşıdakı sujetdə. 

Cari ilin may ayının 12-də Samux sakini Mətanət Mehbalıyeva rayon Polis Şöbəsinə müraciət edərək 4 nəfər maskalı şəxsin evinə girərək ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini bildirib. Lakin evdə olan xanımın qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək qaçıblar. Əməliyyat axtarış tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimovu tutaraq istintaqa təqdim edib.  

İslam Mehtiyev müstəntiq: Ev sahibi Mətanət Mehbalıyeva evdə qul və qızılın olmadığını bildirmişdir. Bundan sonra maskalı şəxslər evi axtarmğa başlamış. Evdə heçnə tapa bilmədiyindən çıxıb gediblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvlərindən Tural Qədimov bir müddət əvvəl zərərçəkənin evinin yaxınlığındaki subaretzian quyusunun nəzarətçisi olub. Qadının evdə tək yaşadığını bilib və dostları ilə birgə plan qurub.  

Tural Qədimov saxlanılan şəxs: İşləyəndə o evi görmüşdüm. Elə başa düşürdüm ev boşdur. Heç nə aradan 5-10 gün keçəndən sonra getdik.

Tanınmasınlar deyə maskadan istifadə edən şəxslər gecə saatlarında öz çirkin niyylətlərini həyata keçiriblər. Və baş tutmayan oğurluq əməlinin nəticəsi olaraq saxlanılıblar.

Əli Mehdizadə saxlanılan şəxs: Maska taxmışdıq, arxa çəpərdən düşdük. Qapıdan içəri girdik. Arvad çıxdı. Sonra da gördük otaqda başqa bir xanım var. Xanımdan da əlavə otaqda körpə uşağın olduğunu da gördük. Bunları görüb evdən çıxdıq.

Elvin Məmmədov saxlanılan şəxs: İçəri girəndə mən xanımla qarşılaşdım. Xanımın ağızını tudum qadın özündən getdi. Bundan sonra içərini axtarmağa başladıq.

Tural Süleymanov saxlanılan şəxs: Bağışlasın üzr istəyirik peşmanıq. Orada uşaq çıxmamalıydı. Uşağı gördük mən şokdaydım. Yenə deyirəm peşmanam bağışlasın.

Dəstə üzvlərindən Elvin Məmmədov və Tural Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştirakları araşdırlır.

Natiq Hüseyn