• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1169
— 10.07.2020 15:20

Əvvəlki illərin məzunları imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda o cümlədən də qərb bölgəsində Gədəbəy Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonları üzrə 7 binada keçirilib. Sözügedən rayonlar üzrə imtahanda iştirak üçün 1141 nəfər qeydiyyatdan keçib. 3 saat davam edən prosesin gedişatına 136 nəzarətçi-müəllim cəlb edilib.

Balabəyim Qədimova imtahan rəhbəri: Şəmkir şəhərin Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları və bu ilki məzunların xarici dill fənni üzrə imtahanları keçirilir. Bizim binada 195 nəfər məzundan 35-i müəyən səbəblərədn iştirak etmir. 160 nəfər sosila izolyasiya qaydalarına əməl etməklə imtahanlarda istirak edir.

Nigar Məmmədli abituriyent: 5-ci qrup üzrə imtahanlarda iştirak etdim. Suallar riyaziyyat fənnindən bir qədər çətin idi. Amma Azərbaycan-dili və Xarici dillindən çox asan və maraqlı suallar var idi.

Natiq Hüseyn