• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 10.07.2020 11:47

Xəstələr simptomlara əsasən təsnifləşdirilir

KepezTV Player

Səhiyyə Nazirliyi COVİD-19 vurusuna yoluxan şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb.Təsnifat belədir: infeksiyaya yoluxan simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr. Simptomsuz xəstələr xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə, hərarət 37 və 37.5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur. Ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları olur. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər. Sahə həkimləri COVİD-19 virusuna yoluxan vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.