• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 10.07.2020 11:41

Kreditlərin faizlərinə subsidiya güzəştli qaydada veriləcək

KepezTV Player

Azərbaycanda insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə ilk 6  ay üçün hesablanan faizlərə subsidiya veriləcək.Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında veriləcək. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində veriləcək.