• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 10.07.2020 11:27

Xoşbulağa istirahətə gedənlər geri qaytarıldılar

KepezTV Player

Daşkəsəndə Yol Polisi əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədilə gələn sürücülərlə bağlı reyd keçirilib. Karantin rejimi qaydalarını pozan, qoruyucu maskadan istifadə etməyən taksi sürücüləri cəzadan yayına bilməyiblər. Narıncı zonaya daxil olan şəhər və rayonların sakinləri yaşayış yerləri üzrə geri qaytarılıblar.

Polis əməkdaşları tərəfindən sürücülər saxlanılaraq sənədləri yoxlanılıb. Onlar arasında çalışdıqları dövlət idarə və müəssisələri tərəfindən verilən xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gələnlərə, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib. Belə sürüclər barəsində inzibati protokol tərtib edilməklə qeydiyyatda olduqları şəhər və rayonlara geri qaytarılıb.

Eşqin Qasımov DİN-nin Mətbuat Xidmətinin əməkdaşı:Məqsəd xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardan vətəndaşların Daşkəsən rayonuna girişinin məhdudlaşdırılmasıdır. Bu gün keçirilən növbəti reyd zamanı Gəncə şəhərindən Göygöl və Goranboy rayonundan vətəndaşların Daşkəsən rayonuna üz tutması müəyən olunub. Onlar barəsində qanuna müvafiq tədbir görülərək geri qaytarılıb.

Yol polisi rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər. Sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi vurğulanıb. Qoruyucu vasitədən istifadə etməyən sükan sahiblərinə cərimə protokolları yazılıb.

Bu kimi yoxlamalar qarşıdakı günlərdə də ciddi şəkildə davam etdiriləcək.