• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 09.07.2020 19:10

Ailə quran şəxslər bir-birini tanıyırmı ?

KepezTV Player

Sevgi, xoşbəxtlik, qayğısız həyat. Sirr deyil ki, indi gənclər məhz bunu istəyir və bu heç də pis deyil. Amma təəssüf ki, yeni ailə quranlar bəzən səbrli olmaq, güzəştə gedə bilmək qabiliyyətini, məsuliyyət hissini unudur. Problemin kökündə nə dayanır?

Evlilik dönəminin bir müddətdən sonra yaranan problemləri - Əksər qadınlar qarşı tərəfin kobudluğundan şikayətlənir, bir vaxtlar olan sevgidən əsər-əlamətin qalmadığından əziyyət çəkirlər. Əlbəttə ki, bu hal zərifləri incitməyə bilməz. Psixoloq Taciyə Mehdisoyun sözlərinə görə, bu problemlə müraciət edən pasientlərın sayı yetərincədir. Daim xanımına diqqət gösətərən, heç vaxt sevgisini əsirgəməyən insan bir müddət sonra dəyişir. Bu qadınları daxilən yıxır. Sanki elə başa düşürlər ki, tanıdıqları insan dəyişib, tamamilə başqa bir insan olub. Yaxud mən nə etmişəm ki, artıq onun bu tərəflərini görməyə məcbur olmuşam. Sualları qadınları narahat etməyə başlayır.

Deməli, sözügedən insanlar münasibətlərinin hər bir qismində dostluqda, ailədə, sosial çevrəsində - istənilən bir mövqedə məqsədə çatdıqdan sonra davranışını dəyişə bilir. Psixoloq bu dəyişiməyə səthi yanaşmamağı məsləhət görür.

Amma hər bir qadının bir kişi tərəfindən sevilməyə, onun tərəfindən qayğı görməyə ehtiyacı var. Münasibətdə kişilər bunu bütövlükdə təmin etməyə məcburdurlar. Çünki, onlar qadınların həyatlarında ən vacib olan ilk və tək kişi obrazı kimi qalmaq üçün anlayış nümayiş etdirməlidirlər.