• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2409
— 09.07.2020 19:12

Virusa primitiv üsullarla qalib gələ bilmərik

KepezTV Player

Mixək, darçın, nanə, zəncəfil və sairə. İndi nəinki adlarını çəkdiyimiz ədviyyatlardan, eyni zamanda xaricdən gətirilən və marketlərdə satılan yüzlərlə başqa ədviyyat növlərindən də geniş istifadə olunur. Bəs, bu nə dərəcədə doğrudur? Tanımadığımız, xaricdən gətirilən ədviyyatların keyfiyyətinə necə əmin ola bilərik? Ümumiyyətlə, ədviyyatlardan istifadə orqanizmimizə necə təsir göstərir?

Hər şeyin normadan artığı fəsad törətdiyi üçün ədviyyatlardan da qədərində istifadə məqbuldur. Belə ki, süfrələrin olmazsa olmazı duzun artıq miqdarda qəbulu bir çox insanlarda təzyiq problemi yarada bilər. Həmçinin, qırmızı bibər, qara istiot mədə-bağırsaq sistemində fəsadlara yol aça, sarıkök və zəfəran isə allergik reaksiyalar verə bilər.

Başqa ölkələrdən idxal olunan ədviyyatların keyfiyyətinə yalnız sadalanan amillərə diqqət etməklə əmin ola bilərik. Sözügedən əlavələrin ümumiyyətlə, antivirus xüsusiyyətinin olub-olmamasına gəldikdə,

Sağlamlıqla bağlı hər hansı bir problemi olmayanlar, ağzı dada gətirən müəyyən əlavələrdən rahatlıqla istifadə edə bilərlər. Amma sözsüz ki, onlar tanıdığımız, ənənəvi ədviyyat növləri olsa daha yaxşı olar.