• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 05.06.2019 12:13

ASAN Xİdmət-in fəaliyyəti ilə tanışlıq

KepezTV Player

Artıq 6 ildi fəaliyyət göstərən Gəncə ASAN Xidmət Mərkəzi gün ərzində 5 minə yaxın vətəndaşa xidmət göstərir. Burada 10 nazirlik və komitə tərəfindən təkif edilən xidmətlərdən nəinki Gəncə sakinləri, ətrafdakı 13 rayonda yaşayanlar da yararlana bilir. Eləcə də mobil qruplar tərəfindən yerlər də də səyyar xidmətlər göstərilir. Mərkəzin fəaliyyəti ilə tanış olan Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramova xidmətlərin bir mərkəzdə göstərilməsi üçün 4 mərtəbəli binada bütün imkanların yaradıldığı, innovativ texnolioji yeniliklərin tətbiq edildiyi, könüllülər üçün geniş imkanların mövcudluğu barədə məlumat verilib. 

Nigar Tağıyeva - Gəncə ASAN Xidmət Mərkəzinin baş mütəxəssisi – “Gəncə regional ASAN Xidmət Mərkəzi həm Gəncə həmdə Gəncə ətrafı bütün rayonlara xidmət göstərir. Xidmət həftənin bütün günləri səhər saat 9-dan axşam saat 7-ə kimi nahar fasiləsi olmadan davam edir. Həftənin şənbə və bazar günləri səhər saat 9-dan 4-ə kimi fəaliyyət göstəririk, nahar fasiləsi olmadan”.

 

Elnur Vahidoğlu