• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 09.07.2020 19:46

Böyük Vətən Müharibəsi iştirakçılarına sovqat göndərilib

KepezTV Player

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə reallaşdırılan genişmiqyaslı tədbirlər veteranlardan da yan keçmir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım çatdırılıb. Gəncədən olan "Qızıl fond" nümayəndələri də bu sıyahıdan yer alıb.
Aksiya çərçivəsində Gəncənin Kəpəz rayon ərazisində yaşayan, Böyük Vətən Müharibəsi veteranları olan Qurban Məmmədov və Mütəllim Osmanova ərzaq yardımı edilib. Veteranların hər birinin evində onlara ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib.

Veteranlarla görüşən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının nümayəndələri mövcud vəziyyətlə əlaqədar olaraq tapşırıq və tövsiyyələrə riayət etməyin əhəmiyyətindən danışıblar, sağlamlıqlarını qorumağın vacibliyini bildiriblər.

“Biz birlikdə güclüyük!” çağırışına əsasən reallaşan aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan veteranlara dəstək göstərməkdir.