• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 09.07.2020 19:35

5 yaşayış məntəqəsinin yolları yenidən qurulur

KepezTV Player

Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Bu Əyyublu, Aran kəndinin, Aşağı Quşçu və Koxanəbi kəndlirini, həmçinin Qovlar şəhərinin 2 yaşayış məntəqəsini əhatə edir. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülən işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.