• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 09.07.2020 18:23

Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib

KepezTV Player

Bakıya rayonlardan qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib.Taksi fəaliyyəti ilə məşğul olan Ağdaş rayon sakini Nicat Hüseynov və Qəbələ rayon sakini Əziz Ağakişiyev qanunsuz yolla sərnişinləri Bakıdan rayonlara, rayonlardan Bakıya daşıyıblar. Dövlət Yol Polisi İdarəsinin və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşları tərəfindən hər iki taksi sürücüsü saxlanılıb.Onlar barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib. Hər iki şəxsə inzibati qaydada 15 sutka həbs cəzası verilib.