• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 09.07.2020 18:17

Samuxda piknik edənlər cərimələniblər

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyən edilib.Samux rayon sakinləri, Sabir Bədəlov, İslam Niftullayev, Ruslan Hüseynov, Gəncə şəhər sakinləri, Lalə Ələkbərova, Müşgünaz Məmmədova və Aytac Məmmədova İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.