• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 09.07.2020 12:53

Mal-qara oğurluğunda şübhəli bilinən şəxslərin digər cinayətləri də üzə çıxıb

KepezTV Player

Göygöldə mal-qara oğurluğunda şübhəli blinən 4 nəfər saxlanılıb. 2 baş iribuynuzlu heyvanı ələ keçirən dəstə üzvlərinin digər cinayətlərdə iştirakı da müəyyən edilib.

Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov oğurluqda şübhəli bilinir. Onlar qabaqcadan əlbir olub qrup şəklində Göygöl rayonunun Yeni Zod kəndində 2 baş iribuynuzlu heyvan oğrulayıblar. Mal-qaranı Samuxun Çobanabdallı kəndində gizlədənlərin əməli isti izlərlə üzə çıxıb.

Orxan Bağırov müstəntiq: Göygöl rayonunun Yeni zod kənd sakini Səfiyəddin Vəliyevin yaşadığı evin həyətindən sonuncuya  məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurlayıblar.

Saxlanılan şəxslər istintaqa verdikləri ifadə zamanı oğurluq əməlini yaşadıqları rayonda planlaşdırdıqlarını deyiblər. Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı məlum olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakininə qarşı soyğunçuluq cinayəti də törədiblər.

Elman Rüstəmov saxlanılan şəxs: Samux rayonunun Çobanabdallı kəndində yaşayıram. Çayçıda oturub çay içdik. Sonra Toğana tərəfə qalxdıq. Bir az gəzdik. Yolun  kənarından 2 dənə balaca buzov danası götürüb Samux rayonunun Çobanabdallı kəndində gətirdik.

Elvin Məmmədov saxlanılan şəxs: Samuxda evə grimişik. Amma heç nə aparmamışıq. Evdə uşaq olduğü üçün evdən çıxmışam. Heç kimə zərər verməmişəm.

Tural Süleymanov saxlanılan şəxs: Samux rayonunda yaşayırıq. Getdik ora düşdük içəri. Evə girdik uşaq oldu çıxdıq. Heç nə etmədik. O bizə yaraşmaz. Əməlimdən peşmanam.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Natiq Hüseyn