• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2481
— 07.07.2020 21:22

Onlayn ticarət nə qədər etibarlıdır?

KepezTV Player

Dünyanı Covid-19 pandemiyası bürüdüyü bir vaxtda  mütəxəssislər çıxış yolunu izolyasiya qaydalarına əməl etməkdə görür. Bu qaydalar çoxlarının sevimli məşğuliyyəti olan alış-verişdən də yan keçməyib. Belə ki, mağazaların, iri ticarət obyektlərinin fəaliyyətinin dayanadırması vəziyyəti bir qədər qəlizləşdirib. Lakin tələblər internet üzərindən alış-verişə təsir etmədi və  indi insanlar arzuladıqlarını onlayn yolla əldə edə bilərlər? Bəs burda hər hansı bir problemlə üzləşməmək, aldanmamaq üçün nəyə önəm vermək lazımdır?

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internet geniş imkanlar açır. Bu imkanlardan biri də onlayn alış-verişdir. Mağazalara üz tutmaq mümkün olmadığından internet bu imkanı əlçatan edir. Belə ki, istədiyimiz sayta daxil olub, istədiyimiz geyimi, aksessuarı, avadanlığı ala bilərik.

Rövşən Sadıqov onlayn alış-veriş edən: Hazırda biz virusla bağlı sifarişləri onlayn yolla edirik. İstədiyimiz geyimləri, aksesuarları rahatlıqla əldə edə bilirik. Bu ərəfələr brend mallara endirim olduğu üçün ondan da yararlandım. Çox sərfəlidir həm qiymət baxımından. Özüm şəxsən bəzi aksesuar və geyimləri sifariş etmişəm. Bir ay ərzində ünvana çatdırılır.

Sahib İbrahimov İT mütəxəssis: Müasir dövrümüzdə onlayn alış-satış platformaları mühüm rol oyanır. Çünki, belə platformalardan alış bəzən rahat və ucuz başa gəlir. Nəzərə alsaq ki, məişətdə istifadə etdiyimiz məhsulların çoxusu Çində istehsal olunur. Çin platformasına dünyada daha çox populyardır. Belə saytlarda qeydiyyatda olan mağazalar şirkət mağazaları olduğu üçün keyfiyyət və qiymət cəhətdən daha etibarlıdır. Bəzi platformalar da var ki, onlar birbaşa şirkətdən sifariş etmək imkanı verir. Bu isə daha çox ucuz başa gəlir. Belə platformalardan alış zamanı çatdırılma poçt vasitəsilə keçirilir. Poçt vasitəsilə çatdırılan bütün mallar gömrük tərəfindən nəzarətdə saxlanılır. Mallar ekspertizadan keçirilir, qeydiyyata salındıqdan sonra, artıq icazə varsa, həmin malın dövlətə idxalı, həmin məhsul sizə çatdırılır.

Bəli, risk həmişə var. Bu zaman aldanmaq da mümkündür. Çünki, internet üzərindən kommersiya inkişaf etdikcə, bu sahədən qazanc götürmək istəyən fırıldaqçıların da sayı artır. Bəs nə edək ki, aldanmayaq?

Sahib İbrahimov İT mütəxəssis:İnternetdə alış veriş zamanı aldatmaq riski bəli, böyükdür. Amma bur məhsuliyyət yenə öz üzərimizdədir. Çünki, alış-veriş zamanı baxmaq lazımdır ki, hası sayt, platformalarda qeydiyyatdan keçirsiz. Tanınmış brendlər, tanınmış məhsulları alış saytlarıdırsa burda aztəhlükə var. Qeydiyyatdan keçdikdən sonra alış zamanı təhlükəsizliyə riayət etmək lazımdır ki, bank kartının rekvizitlərini daxil edərkən, təhlükəsizliyə riayət etmək lazımdır. Qeydiyyat ünvanını düzgün yazmaq lazımdır. Alış zamanı mağazaya baxmaq lazımdır ki, hansı mağazadan alış etdirilir. Yaxud pərakəndə alış satışdırsa, hər hansı fiziki şəxsdəndirsə, həmin fiziki şəxs barəsində bacardığımız qədər çox məlumat almalıyıq ki, həmin insan fırıldaqçı olmasın.

Rahatlıq və zamana qənaət üçün bu üsul əvəzolunmazdır. Amma unutmayaq ki, internet hüdudsuz bir məkandır. Hər bir halda onlayn alış-veriş zamanı mütəxəssislə məsləhətləşmək, təcrübəli adamların tövsiyələrinə mütləq şəkildə əməl etmək lazımdır. Yalnız bu halda aldanmarsınız...