• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 07.07.2020 19:33

Polis reyd keçirib

KepezTV Player

Sərhəd tanımayan, sürətlə yayılmaqda davam edən gözəgörünməz bəla ilə mübarizədə fəsadların minimuma endirilməsi istiqamətində Gəncədə tədbirlər davam etdirilir. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirməklə gücləndirilmiş rejimdə çalışırlar.

Müvəqqəti yaradılan postlarda Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən şəhərin müxtəlif ərazilərində sürücülər saxlanılır. Vətəndaşlar postlarda növbələrdə dayanmasın deyə sənədləri planşetlər vasitəsilə heç bir təmas olmadan yoxlanılır.

Bundan başqa, sakinlərin şəhəri tərk etməsi, o cümlədən, digər rayon və şəhərlərdən Gəncəyə gəlməsinə də imkan verilmir.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunan qərarla müəyyən şəxslər Gəncə şəhərinə girər və çıxa bilər ki, bu da  xidməti zərurət yaxud da digər hallarla istisnalar nəzərdə tutulur.Qeyd etmək istəyirik ki, Gəncə şəhər BPİ – nin əməkdaşları şəhər ərazisində mütəmadi olaraq reydlər aparırlar. İctimai yerlərdə, qapalı məkanlarda sosial məsafələr, tibbi maskadan istifadə edilməsinə nəzarət edirlər. Bundan başqa xüsusi karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanuna müvafiq tədbir görülür.

Sərt karantin rejimi iyulun 20-si səhər saat 6-dək qüvvədə olacaq.