• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 06.07.2020 12:09

Gəncədə şəhər rəsmiləri reyd keçirdilər

KepezTV Player

Gəncədə pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində reyd təşkil edilib. İstirahət günü olmasına baxmayaraq, şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən iri ərzaq mağazalarında xüsusi karantin rejimi qaydalarına əməl olunması və sanitar-gigiyenik normaların vəziyyəti araşdırılıb. İcra hakimiyyəti rəsmisi, deputat, bələdiyyə sədrləri və şəhər polis idarəsinin rəis müavini birgə reyddə iştirak ediblər.

İlk olaraq rəsmilər şəhərin Nizami rayonu ərazisində bir neçə böyük supermarketdə olublar. Reyd zamanı əsasən maskasız vətəndaşların marketlərə daxil olmasına yol verilməməsinə diqqət yetirilib, qaydalara əməl etməyib müştəriləri mağazalara maskasız buraxanlar da cərimələnib. Bundan başqa qablaşdırılmayan məhsullar, un məmulatları bölmələri və giriş-çıxışda, eləcə də ödəmə terminallarında gigiyenik qaydalara riayət olunması, izolyası tədbirlərinə uyğun olaraq ara məsafəsinin qorunmasına diqqət yetirilməsi tövsiyə olunub.

Daha sonra reyd Kəpəz rayonunun ərazisinə daxil olan Hacıkənd qəsəbəsində davam edib. Burada iaşə obyektlərinə, kafelərə baxış keçirilib, xüsusi karantin rejimi qaydalarına əməl olunması və sanitar gigiyenik normaların vəziyyəti araşdırılıb. Sərtləşdirilmiş rejiminin tələblərinə riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlər görülüb və verilən göstərişlərə əməl etməyin vacibliyi sahibkarlara bir daha xatırladılıb. Qarşıdakı günlərdə də Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və maarifləndirmə tədbirləri təşkil ediləcək.