• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 06.07.2020 00:07

Yuxu həkimi

Rejissor: Mayk Fleneqan

Rollarda: Yuen Makqreqor, Rebekka Fergyuson, Kayli Kyorran, Bryus Qrinvud, Zan Makklarnon, Kliff Kyortis, Karl Lambli, Ceykob Trembley, Zakari Momo, Emili Elin Lind

Məzmun: Film Stenli Kubrikin “İşartı” qorxu filminin sikvelidir. Hadisələr Overluk otelində baş verən faciədən 30-40 il sonra cərəyan edir. Paranormal bacarıqları olan Denni artıq kabuslardan qurtulmağın yolunu öyrənib. Overluk otelində atasını itirən Denni evinə gələn kabusları beynində xüsusi qutuya yığır. Denni əvvəlki kimi özünəqapalı deyil və artıq anası ilə danışır. Hərçənd 20 yaşında olanda anasının vəfat etməsindən sonra içki düşkününə çevrilir, uzun illər səfil həyat sürür. Dəyişmək qərarına gələn Denni uzaq şəhərə köçərək orada sanitar vəzifəsinə işə düzəlir. Ruhları görə bildiyi üçün ölüm ayağında olan xəstələr həmişə onu öz yanına çağırır və ona "Yuxu həkimi" adını qoyurlar. Tədricən Denni yenidən nur saçmağa başlayır, köhnə kabusları onu təqib edir. Belə bir şəraitdə inanılmaz telepatik və telekinetik bacarıqlara malik olan qızcığaz Denni ilə rabitəyə girir, ondan kömək istəyir...