• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 04.07.2020 21:22

Bu qidalara diqqət!

KepezTV Player

Milyonların təşvişinə, minlərlə insanın ölümünə səbəb olan Covid-19 xəstəliyinin diaqnozu hazırda 11 milyondan çox şəxsə qoyulub. Azərbaycandan da yan keçməyən bu xəstəliklə bağlı hamımızın həyatı təhlükə içərisindədir. Məhz elə bu səbəbdən də içdiyimiz içkilərin soyuqluq dərəcəsinə, yediyimiz qidaların isə keyfiyyətinə daha ciddi yanaşıb, özümüz-özümüzü qorumalıyıq. Bunun üçün sizə əməkdaşımız Fidan Muradlının hazırladığı maarifləndirici bir materialı təqdim etmək istəyirik. Dünya Səhiyyə təşkilatının xəbardarlıqları gəlir ekrana...

Koronavirus dünyada milyonlarla insanı təsiri altına alıb. Hər kəs qorunmağa məhkumdur. Epidemiya başladığı gündən bu yana necə qorunacağımızdan, necə müalicə olunacağımıza qədər bir çox fikir söylənilir. Ağızdan-ağıza gəzən üsullarla da insanlar tədbirlər görməyə, öz üzərilərində müalicə tətbiq etməyə başlayıblar. Virusa qarşı kimi duzlu su ilə qarqara etməyi, kimi bol-bol sarımsaq yeməyi, kimi isə xaşın qəbulunu tövsiyyə etdi. Amma Dünya Səhiyyə təşkilatından xəbərdarlıq var. Bu tövsiyyələrin heç birinin korona virusa təsiri yoxdur və hətta 1kq çiy sarımsaq yeyən insanda belə şiddətli boğaz iltihabı meydana gələ bilər.

Şəhla Verdiyeva həkim: “Nə soğan nə də sarımsağın heç bir elmi əsası yoxdur. Virus əleyhinə heç bir təsiri yoxdur. Nə karona virus üçün nə də hər hansı figər bir viral infeksiyalar üçün  ola da bilməz. Bu kimi bitkilər tərkibi baxımından sadəcə immun sisteminə dəstəkləyici olduğundan, yəni, antioksidan tərkibli olduğundan ümumiyyətlə, immun sistemini gücləndirə bilərlər. Amma virus əleyhinə təsirləri əsla. Yəni qəbul olunmaz bir şeydir.”

Bundan başqa sarımsağın çox qəbulu qan şəkərinə, təzyiqə də təsir edir.

Şəhla Verdiyeva həkim: “Sarımsağın çox qəbulu isə əlbəttəki bir çox mədə bağırsaq xəstəliklərinə səbəb ola bilər. Mədəsində və bağarsaqlarında xora , yaxud da ki qastriti olanlar mümkün qədər uzaq durmalıdırlar. Yəni zərəri faydasından çox ola bilər. Gündəlik sadəcə bir dişdən artıq olmamaq şərti ilə sarımsaq istifadə olunsa, qədərində hesab olunaronsuz da viral, anti viral təsiri yoxdur. əksinə  yan təsirləri yaratmaq xroniki yaratmaqla immun sistemimizi düşürüb daha da özümüzü xəstəliyə meylli hala gətirə bilərik.”

Virusla mübarizədə digər doğru bilinən yalnışlar sırasına  duzlu su ilə qarqara da daxildir. İsti su içməkdən tutmuş, isti duş almağa, hətta saç qurutmaq üçün fenlər belə virusu öldürdüyü ilə bağlı bir çox tövsiyyə var. Amma Dünya Səhiyyə təşkilatına görə, istinin hələ virus üzərində təsdiqlənmiş heç bir təsiri yoxdur.