• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2201
— 04.07.2020 21:16

Dəb anlayışı keyfiyyət amilini üstələyir

KepezTV Player

Yayda gün eynəklərinə olan təlabat birə-beş artır. Kimi gözünü günəş şüalarının mənfi təsirindən qorumaq, kimi də fərqli görünmək üçün eynək taxır. İndi brend mağazalardan tutmuş adi köşklərə qədər hər yerdə müxtəlif qiymətlərə eynəklər satılır. Amma mövcud vəziyyətlə əlaqədar hələki onlayn şəkildə.İstənilən halda, bu və ya digər formada eynək seçimi edərkən nələrə diqqət etməliyik? Keyfiyyətindən bixəbər olduğumuz eynəklər səhhətimizdə nə kimi problemlərə yol aça bilər? Maraqlıdır, alıcılar seçim edərkən keyfiyyət yoxsa qiymətə önəm verir?

Rəfail Xəlil mütəxəssis:Keyfiyyətə də üstünlük verənlər var, qiymətə də. Hər kəs öz büdcənizə görə seçim edir. Əksəriyyət keyfiyyətli eynək almağa çalışır. Amma qiymət məsələsində sözsüz ki, tərəddüdlər olur. Günəş eynəklərinin keyfiyyətinə mütləq fikir vermək lazımdır. Çünki bazarda kifayət qədər eynəklər var. Biz əsas fikir verməliyik ultrabənövşəyi şüaları keçirməyən eynəklərdən istifadə etməliyik. Optikalardakı satış mütəxəssislərinə yaxınlaşıb, onlardan setifikat tələb etməliyik.

Bəs, görəsən aldığımız məhsulun tibbi baxımdan zərərsiz, ultrabənövşəyi şüaları keçirməyən, filtirləşdirilmiş olduğunu necə müəyyən edə bilərik?

Məhruzə Kərimova oftolmoloq:Keyfiyyətli eynəyi keyfiyyətsizdən şəxsin özü yox, ixtisaslaşmış, optik mağazalardakı məsləhətçilər test vasitəsilə ayırd edirlər. Satıcılar, məsləhətçilər həmin o testlərin nəticələrini alıcıya mütləq göstərməlidir.

Əfsuslar olsun ki, alıcıların seçimdə etdiyi səhvlər heç də bununla yekunlaşmır.

Rəfail Xəlil mütəxəssis:Dəb olsun, görüntü yaxşı olsun deyə, kiçik eynəklərə üstünlük verilir. Ancaq günəş eynəklərini çalışıb böyüklərindən istifadə etməliyik ki, gözün bütün çərçivəsini tutsun. Normal gün eynəyi qaşı və almacıq sümüyünü bağlamalıdır ki, göz yan təsirlərdən qorunsun.

Ekspertlərin sözlərinə görə, ölçüsü kiçik olan gün eynəklərini istifadə edərkən göz tam mühafizə olunmur. Aksesuarın yan hissələrindən daxil olan günəş şüaları orqanizmə tez müddətdə təsir edir, yorğunluq, baş ağrısı kimi hallarla özünü büruzə verir. Bəzi hallarda isə görmə problemləri yaradır. Gün eynəyi alarkən diqqət olunası digər əsas amil istehsalçı ölkə yox, eynəyin hazırlandığı materiallardır.