• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 04.07.2020 19:28

Yas mərasimi keçirmək istəyən şəxslər cərimələndilər

KepezTV Player

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.Polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “ 3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X. Hüseynovaya həyat yoldaşı  İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək edib.Saxlanılan şəxslərİnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.