• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 03.07.2020 20:01

Azərbaycanda koronavirusdan ölüm halları 2 faizdən aşağıdır

KepezTV Player

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib. Elə bü gün Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib. İndiyədək 235 nəfər bu virusdan dünyasını dəyişib, 10 820 nəfər sağalıb. Hazırda 59 nəfər süni tənəffüs aparatına qoşulub. Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Azərbaycanda koronavirusdan ölüm hallarının 2 faizdən aşağı olduğu vurğulanıb.

Ölkədə ümumi yoluxmanın əsası Bakının payına düşür. Karantin rejiminə əməl olunmaması nəticəsində gün ərzində aparılan testlərin nəticəsinin müsbət olma göstəricisi 11 faizə yüksəlib.

“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə yeniliklər edilib

Bəzi təşkilatlar icazə sistemindən sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklərdən də söz açıb. Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkan cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər. Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.

Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var?

İcazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirilib.

İş üçün icazə alınan şəxslərin avtomobilləri barədə də elektron sistemə məlumat daxil edilir və onların avtomobilləri də icazəlidir.SMS icazə ilə müvəqqəti çıxan şəxslərin avtomobillərinə gəlincə isə 5 iyul tarixindən etibarən avtomobillərə də icazə almaq mümkündür.

"190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək"

21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda 190 manat birdəfəlik ödəmələr qısa bir müddətdə hissə-hissə ödəniləcək.

Brifinqdə diqqətə çatıdırlıb ki, apteklərdə maska ilə bağlı çatışmazlıq yoxdur, dərmanlarla bağlı da nəzarət artırılacaq. "Özündə COVİD-19 əlaməti hiss edən şəxslər aidiyyatı üzrə müraciət etməlidir. Müalicə prosesi də həkim nəzarəti altında olmalıdır. İnsaların "arbidol" və digər dərmanlarla özlərini özbaşına müalicə etmələri düzgün deyil". Hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə lazımi dərman preparatları çatdırılır.