• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 02.07.2020 13:49

Şəmkirli fermerlər suvarmada damcı və çiləmə üsuluna üstünlük verir

KepezTV Player

Şəmkir rayonunda 40 min 500 hektar suvarılan torpaq sahəsi mövcuddur. Rayonda əkin sahələrini normal su ilə təchiz etmək üçün mövcud hidrotexniki qurğular yenilənir, su sarıdan çətinlik olan ərazilərdə yeni artezian və nasos stansiyaları qurulur. Son illər suvarmada yeni üsullardan istifadə su itkisinin qarşısını alıb.

Şəmkir rayonunda əsas su mənbəyi Şəmkirçay Su Anbarıdır. Rayon ərazisindən keçən təbii çaylar, kanallar, nasos stansiyaları və artezian quyularından da suvarmada istifadə olunur. Hazırda rayonun əkin sahələrində və meyvə bağlarında fermerlər növbəti suvarma prosesini həyata keçirir. Fermerlər suvarmada kefiyyəti təmin etmək və sahələri normal su ilə təchiz etmək üçün damçı və çıləmə suvarma üsullarından da yararlanır.

Fuad Quliyev fermer: 250 hektar torpaq sahəmiz var. Orada yonca taxıl arpa əkirik. Yoncanı artıq ikinci dəfədri çiləmə üsulu ilə suvarırıq. İkinic suvarma başa çatır. Çiləmə üsulundan suvarılarkən suya 500-600 kubmetr qənaət edilir.

Rayonda aparılan meliorativ tədbirlər nəticəsində gücü saniyədə 80 min kubmetr su ötürmə qabiliyyəti olan iki nasos stansiyası istifadəyə verilib. Daha bir nasos stasnisyasının qurulması istiqamətində isə iş aparılır. Bununlada mövcud əkin sahələrinin suvarma suyuna olan təlabatı tam ödəniləcək. Buna baxmayaraq melioratorlar suvarmada damcı və çiləmə üsulundan istifadənin vacib olduğunu bildirirlər.

Bakir Allahyarov Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Məsələn öz axını ilə suvarmada bir hektar sahə 1000 kubmetr su ilə suvarılırsa damçı və çiləmə üsulu ilə bu sahələr 400 kubmetrlə suvarılır. Bizim fermerlərin çoxu çalışır ki damçı və çiləmə üsulu ilə suvarmanı təşkil etsinlər. İmkan olan yerlədə bundan istifadə olunur. Olmayan yerlərdə isə öz axını ilə suvarma aparılır.

Rayonun müxtəlif kəndlərində daxili kanallar lildən təmizlənib, suyun sahələrə vaxtında və itkisiz çatdırılması təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir.

Natiq Hüseyn