• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 02.07.2020 12:32

I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

KepezTV Player

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur. Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili və ingilis dili dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.