• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 01.07.2020 20:24

Anbarda suyun səviyyəsi azalıb

KepezTV Player

Yağıntıların az düşməsi, quraq hava, bəzən də israfçılıq çaylarda, göllərdə və  su anbarlarında suyun azalmasına gətirib çıxarıb. Mütəxəssislər suvarma suyuna qənaət etməklə, yarana biləcək çətinlikdən qurtulmağın mümkün olduğunu deyirlər. Ətraflı sıradakı sujetimizdə.

Ölkəmizin bəzi regionlarında təsərrüfat sahələrini suvarmaq üçün Mingəçevir su anbarından,Yuxarı Şirvan və Qarabağ kanalları ilə götürülən sudan istifadə olunur. Əvvəlki illərlə müqayisədə isə bu il anbara toplanan suyun həcimi 60 santimetrə qədər azalıb.

İlyas Səfərov Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi:Keçən ilki illə müqayisdə 2 metr az su yığılıb.Bu da hardasa həcmlə götürüləndə 940 milyon su eliyir.Bu da bu illəri bizim suvarmada hələki bu o qədər hiss olunmur.Amma gələckdə suvarma suyunun qıtlaşacağına, payız aylarında çətinlik gözlənəciyini göstərir.

Anbara toplanan suya qənaət etmək üçün alternativ vasitələrdən də istifadə edilib. Belə ki, Yuxarı Şirvan kanalı ilə kəsişən Türyançay, Girdimançay,Ağsuçayın suyu əkin sahələrinin suvarılmasına yönləndirilib.

İlyas Səfərov Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi:Mart ayının əvvələrində həmin çaylarda sulluluq yaxşı idi,o suları yönəldik suvarmaya,yəni anbardan kanala o qədrdə su götürmədik.Amma hazırda həmin çaylardada su tamamilə quruyub.Bütünü yük düşür anbarın üzərinə,anbarda da düşmə gedir.Bilirsiz ki, anbar həm bizim energetika sistemini təmin edir, həm Qarabag, Şirvan kanalı su ilə təmin edir bu anbarın yükü kifayət qədərdi.

Mütəxəsislər suvarma suyuna qənət etmək üçün sahələrin gecə saatlarında suvarılmasınıməsləhət görürlər.