• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 30.06.2020 12:16

Qanlı hadisələr yaşandı

KepezTV Player

Göygölün Çaykənd kəndində bıçaqlanma hadisəsi baş verib.18 yaşlı İsmayıl Mirzəyev kürək və bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir.**Daha bir bıçaqlanma hadisəsi Gəncənin Nizami küçəsində olub. Şəhər sakini Yaqub Hacıyev həmyerlisi Vüqar Həsənov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.**Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 46 yaşlı Fazil İsmayılov  tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktlar araşdırılır.