• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 29.06.2020 20:17

Müalicəvi bulaq

KepezTV Player

Gədəbəy gözoxşayan təbiəti və təmiz havası ilə yanaşı, müalicəvi bulaqları ilə də məşhurdur. Rayonun müxtəlif ərazilərində bir-birindən şəfalı təbii sular çıxır. Onların içərisində Slavyanka kəndindəki bulaqlar daha çox seçilir. Aşağı Narzan bulağı da belələrindəndir. Həm kənd sakinləri, həm də bura gələn turistləri özünə cəlb edən suyun tərkibində bir sıra minerallar var ki, bu da mədə-bağırsaq, eləcə də bəzi dəri xəstələrinə xeyirdir. Elə bu səbəbdən də Gədəbəyə gələnlər mütləq Aşağı Narzan bulağının qazlı suyundan qablarına dolduraraq evlərinə aparırlar.

Rasim Əliyev - turist: Gədəbəy rayonuna qonaq gəlmişik. Həmişə gələndə deyillər ki, burada mədə-bağırsaq üçün xeyirli su var. Həmişə doldurub aparırıq.

Natiq Abbasov - kənd sakini: Bizim Gədəbəyimizdə bulaqlar çoxdur. Turşsu, Aşağı və Yuxarı Narzan, Çaldaş suyu var. Ən yaxşı sulardan biri də bu Aşağı Narzanın suyudur. Mədə bağırsaq xəstəliklərində istifadə olunur. Bu sudan içmək də olar, çay da qoymaq olar. O cümlədən turistlər də bu Aşağı Narzan suyundan götürürlər.

Rüfət Kazımov - turist: Biz Şəmkirdən gəlmişik. Vaxt olanda dincəlməyə gəlirik. İstirahətə gələndə də buradan su doldururuq. Çox şəfalı, yaxşı sudur. Tərkibində dəmir var. Xeyirli sudur, istifadə edirik. Yolumuz düşəndə doldurub, aparırıq.