• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2781
— 29.06.2020 11:58

Kişi qohumunu öldürdü

KepezTV Player

Qazax rayonu, Aslanbəyli kənd sakini 48 yaşlı Telman Əhmədov yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülüb. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İlkin istintaqla hadisənin zərərçəkənin qohumu, 30 yaşlı Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşib. Fərrux Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.