• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 29.06.2020 12:02

Cərimələr artırılır

KepezTV Player

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Beləliklə, hazırda karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur. Fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, fiziki şəxslərin 100 manat, vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin 400 manat cərimə edilməsi planlaşdırılır.