• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 29.06.2020 12:06

Bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb

KepezTV Player

Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb. Yoluxmanın 53,4%-i Bakının payına düşür. Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb. Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub. Bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.