• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 27.06.2020 20:21

İdman sarayının tikintisi davam edir

KepezTV Player

Gəncə İdman Sarayının tikintisi davam edir. Bir neçə gün öncə Nizami yurdunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla tikinti işlərinin davam etdirilməsi məqsədilə saraya 6,8 milyon manat ayrılıb.

Gəncə İdman Sarayının inşasına 2018-ci ilin mart ayından başlanılıb. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq. İdman qurğusunda tikinti işləri mərhələli şəkildə aparılır.

İdmanın inkişafı təmin etmək üçün əsas məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılmasıdır. Müasir tələblərə cavab verən yeni idman qurğularının, olimpiya komplekslərinin tikilməsi də bu məqsədə xidmət edir.

Yeni tikilən saray imkanlarına və bir çox parametrlərinə görə Gəncə Olimpiya İdman Kompleksindən fərqlənəcək.

Gəncə İdman Sarayı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə regionun ən böyük idman obyektlərindən olacaq. İdman sarayı istifadəyə verildikdən sonra Gəncənin nüfuzlu turnirlərə ev sahibliyi edəcəyini nəzərə alsaq, qurğunun şəhərin həm idman, həm də turizm baxımından tanınmasında mühüm rol oynayacağı şübhəsizdi.

Yalnız yarışlar deyil, həmçinin, milli komnadalar səviyyəsində beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi də mümkündür.

Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. Tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi əsas tapşırıqlardandır.