KepezTV Player
Koronavirus xəstələrinin evdə müalicəsinə dair sənəd hazırlanıb.“Evdə müşahidə edilməyə dair iltizam” sənədinə əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Qaydalara görə, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır.Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti sahə həkimi tərəfindən nəzarətdə saxlanılır.Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir.
- Baxış: 324