• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2747
— 26.06.2020 17:47

Bakı sakini tanışını öldürərək Beyləqanda basdırıb

KepezTV Player

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər. İtkin düşən Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Seyidov polis əməkdaşları tərəfindən saxlanıllb.  Nazim Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində eksqumasiya edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan rayon prokurorluğu tərəfindən araşdırma aparılır.