• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 26.06.2020 12:15

Şəmkir rayonunda bazarda yanğın olub

KepezTV Player

Olay Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, Muxtariyə kəndi yağınlığındakı "Səbət Bazarı"nda baş verib. Təxminən saat 20-də başlayan yanğın zamanı hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 maşını cəlb olunsa da, alov geniş ərazini əhatə etdiyindən Gəncədən də 4 yanğınsöndürən briqada çağırılıb və yanğın 21:30-da tam olaraq söndürülüb. Hadisə nəticəsində 5 hektar ərazisi olan bazarın 400 kvadrat metr sahəsində dönərxana, geyim və ərzaq dükanı, eləcə də taxta konstruksiyadan ibarət olan 6-ya yaxın mağaza və köşk yanıb. Yanğın iş vaxtı baş vermədiyindən xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.