• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 26.06.2020 12:22

Bu gün Azərbaycan Ordusu 102 yaşını qeyd edir

KepezTV Player

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib. “Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”, - deyə paylaşımda vurğulanır. **Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi İnstagram səhifəsində ölkəmizin hərbi qulluqçularını və veteranlarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Hər kəsə möhkəm cansağlığı, Vətənimizə sülh və əmin-amanlıq arzulayıb.

 Silahlı Qüvvələr Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxıldı və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradıldı. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.